Bu ilin yanvar-iyul aylarında Azərbaycan 655 milyon 736,94 min ABŞ dolları dəyərində 1 milyon 167 min 965,84 ton neft idxal edib.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin 7 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə neft idxalı miqdar ifadəsində 4,4 %, dəyər ifadəsində isə 3,4 % azalıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 562 milyon 409,6 min ABŞ dolları dəyərində (artım 1,7 dəfə) 1 milyon 011 min 274,92 ton neft (artım 1,65 dəfə) idxal edilib.
Hesabat dövründə Azərbaycan neftin qalan həcmini, yəni 22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton nefti Qazaxıstandan, 70 milyon 498,63 min ABŞ dolları dəyərində 122 min 097,81 ton nefti isə Türkmənistandan idxal edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları dəyərində (artım 2,4 dəfə) 1 milyon 917 min 793,68 ton neft (2022-ci ilin göstəricisi ilə müqayisədə artım 2,9 dəfə) idxal edib.
Bununla yanaşı, ötən il Rusiyadan 729 milyon 263,74 min ABŞ dolları dəyərində (artım 5,5 dəfə) 1 milyon 303 min 999,1 ton neft (artım 6,6 dəfə) idxal edilib.