Azərbaycan bu il “Aİ-95” benzinin idxalını kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 85,672 milyon ABŞ dolları dəyərində 116 min 754,6 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,23 dədə, kəmiyyət olaraq - 79,15 % artıb. Onun bir tonunun idxal qiyməti ötən ilə nisbətdə 24,77 % artaraq 733,78 ABŞ dolları təşkil edib.

Hesabat dövründə "Aİ-95"-in ümumi idxal həcminin 41,41 %-i Rusiyanın, 38,9 %-i isə Rumıniyanın payına düşüb. Azərbaycan bu marka benzini həmçinin Türkiyə, Kipr, Türkmənistan, İran və Gürcüstandan alıb.

Digər xəbərlər