Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya 650 min 115,40 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 390 milyon 895,78 min ABŞ dolları təşkil edib.
Ötən 7 ay ərzində Azərbaycandan Böyük Britaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-iyul göstəriciləri ilə müqayisədə 3,3 dəfə, dəyəri isə 3,5 dəfə çoxdur.
Bu ilin ilk 7 ayında Azərbaycandan Böyük Britaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,43 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.