Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 480 min barel təşkil edib.
Bu barədə “Report” "S&P Global Commodity Insights"ın "Platts"ın sorğusu əsasında apardığı araşdırmaya istinadən xəbər verir.
Hesabata görə, “OPEC+” sazişi çərçivəsində Azərbaycanın 2024-cü il üçün neft hasilatı kvotası gündəlik 551 min barel olduğu halda, avqustda faktiki hasilat 480 min barel təşkil edib.
“Bu o deməkdir ki, Azərbaycan avqust ayında "OPEC+" kvotasından gündəlik 71 min barel geri qalıb”, - hesabatda qeyd edilib.
Bundan əlavə, ötən ay iyul ayı ilə müqayisədə Azərbaycanda neft hasilatı sutkada 10 min barel azalıb.