Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 480 min barel təşkil edib.
“Report” xəbər verir ki, bu barədə “S&P Global Commodity Insights” şirkəti “Platts” məlumatlarına istinadən icmalında təqdim edib.
Hesabata görə, OPEC+ razılaşması çərçivəsində Azərbaycanın 2024-cü il üçün neft hasilatı kvotası gündəlik 551 min barel olduğu halda, apreldə faktiki hasilat 480 min barel təşkil edib.
“Bu o deməkdir ki, Azərbaycan aprel ayında OPEC+ kvotasından gündəlik 71 min barel geri qalır”, - sənəddə qeyd edilib.