Azərbaycan Albaniya ilə ticari-iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Albaniyanın baş nazirinin müavini – infrastruktur və energetika naziri Bellinda Balluku ilə Albaniyada qazlaşdırma, TAP layihələri, ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparıb.

“Report” xəbər verir ki, bunu azərbaycanlı nazir Tviterdə bildirib.

"Diplomatik əlaqələrimizin 30 illiyində münasibətlərimiz yeni inkişaf mərhələsinə yüksəlir", - deyə o qeyd edib.

Digər xəbərlər