Bu ilin I rübündə Azərbaycana 292,6 min ABŞ dolları dəyərində 267,3 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 48 %, kəmiyyət idafəsində isə 2,7 dəfə azdır.
Azərbaycan bir əvvəl də olduğu kimi yenə də bu markadan olan benzini ancaq Rumıniyadan alıb.
Ötən il Azərbaycanın idxal etdiyi 2 min 684 ton "Aİ-98" markalı benzinin 49,4 %-i Rumıniyanın, 38 %-i Litvanın payına düşüb.