Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib - YENİLƏNİB

Azərbaycan və ABŞ arasında enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq neft-qaz, elektrik enerjisinin ixracı-tranzit marşrutları, TRIPP və digər interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

"Report xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə keçirilən görüşdə olub.

"Həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi layihəsinin iştirakçısı olan "ExxonMobil" şirkəti ilə əməkdaşlığın genişlənməsi, eləcə də "SOCAR Trading"in Hyustonda çoxşaxəli fəaliyyəti nəzərdən keçirilib. ABŞ şirkətləri ilə texnologiyalar, data mərkəzi də daxil olmaqla müxtəlif istiqamətlərdə mümkün tərəfdaşlıqlar, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və enerji əməkdaşlığının əhatəli yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda, Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyası, habelə TRIPP marşrutunun enerji sahəsində də yeni ikitərəfli və regional xarakterli əməkdaşlığa təkan verdiyi vurğulanıb", - məlumatda bildirilir.

Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları Ağ Evdə müzakirə olunub.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşdə olub.

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39