Azərbaycan Səudiyyə Ərəbistanının “AcwaPower” şirkəti ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində iştirak edən nazir “AcwaPower” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.