​Azərbaycan 218 mln. dollarlıq neft məhsulları ixrac edib

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan 921 738,09 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 218,372 mln. dollar təşkil edib. Neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 30,65%, dəyəri isə 54,25% az olub. 

Qeyd edək ki, xaricə göndərilən neft məhsulları Azərbaycanın ümumi ixracının 4,76%-ni təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40