Azərbaycan 2 ölkədən “Aİ-95” benzinin idxalını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 54,96 milyon ABŞ dolları dəyərində 57 min 545 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 29,994 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azalıb) 31 min 742 ton (-30 %), Belarusdan 13,44 milyon ABŞ dolları dəyərində (+42 dəfə) 14 min 782 ton (+36 dəfə), Rumıniyadan 5,71 milyon ABŞ dolları dəyərində (-12 %) 5 min 555 ton (-24 %), Yunanıstandan 3,12 milyon ABŞ dolları dəyərində 2 min 861 ton, Gürcüstandan 2,42 milyon ABŞ dolları dəyərində 2 min 219 ton benzin alıb.

Azərbaycan 2 il 4 aylıq fasilənin ardından Yunanıstandan və 1 il 9 aylıq aradan sonra Gürcüstandan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilən 99,5 min ton “Aİ-95” markalı benzinin 73,4 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31