Azad edilmiş ərazilərdə qazlaşdırma işlərinin ləngiməsi səbəbləri açıqlanıb

İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin ləngiməsinin əsas səbəbi sakinlərin hansı evlərə köçəcəyinin hələ də dəqiqləşməməsidir.

Bu barədə “Report”un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında bildirib.

Onun sözlərinə görə, əgər əvvəlcədən vətəndaşların konkret hansı evlərdə məskunlaşacağı müəyyənləşdirilsəydi, yalnız həmin ünvanlara qaz çəkilər və proses daha sürətli və səmərəli şəkildə icra olunardı.

Hazırda isə biz məcburən bütöv kəndi qazlaşdırırıq. Bu isə daha çox resurs və zaman tələb edir”, – deyə N. Abdullayev vurğulayıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39