Avropanın qaz anbarlarının doluluq səviyyəsi 65 %-i keçib

Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 65 %-i keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe”nın (GIE) məlumatlarında bildirilir.

Hazırda bu anbarlarda 70 milyard kubmetrədək qaz var. Ötən il bu göstərici yalnız avqustun 24-ü əldə olunmuşdu.

Məlumata görə, hazırda anbarların doluluq səviyyəsinə görə ən yaxşı vəziyyət Portuqaliya (100 %) və Polşadadır (98,21 %). Bu baxımdan ən aşağı göstəricilər Bolqarıstan (42,5 %) və Latviyadadır (49,04 %).

Bildirilir ki, anbarların doldurulması templəri saxlanılarsa, artıq sentyabrın əvvəllərində Avropa ölkələrinin ehtiyatları 80 %-ə çata bilər.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06