Avropada təbii qazın qiyməti 4 %-dək düşüb

Avropada təbii qazın birja qiyməti təqribən 4 %-dək düşüb.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 2 456,8 ABŞ dolları ilə başlayıb.

Bu isə dünən qeydə alınmış qiymətlə (min kubmetr üçün 2 455,2 ABŞ dolları) müqayisədə 0,1 % yuxarıdır. Daha sonra qiymət 4,1 % düşərək 2 354,4 ABŞ dolları təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34