Avropada qaz 19% ucuzlaşıb

Avropada qaz fyuçerslərinin qiymətləri aşağı düşüb.

"Report" xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatında deyilir.

Qiymət dekabrın 23-də qeydə alınan rəqəmlər müqayisədə 18,5% azalıb.

Niderlandın TTF indeksi üzrə yanvar fyuçerslərinin dəyəri ticarət sessiyasının sonunda 1 261,9 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, qarşıdan gələn soyuq havalar ərəfəsində, həmçinin yeraltı anbarlarda qazın azlığı nəticəsində dekabrın 21-də regiondakı hərraclarda "mavi yanacaq" ilk dəfə olaraq 2 000 ABŞ dolları həddini keçmişdi.

Digər xəbərlər