Avropada qazın qiyməti 1 700 dollardan aşağı düşüb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 1 700 ABŞ dollarından aşağı düşüb.

"Report" xəbər verir ki, bunu London ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti günün sonuna kimi min kubmetr üçün 1 685 ABŞ dolları təşkil edib.

Ümumilikdə bir sutkalıq qazın dəyəri 10,9% azalıb.

Digər xəbərlər