Asiyada tələbin azalması neftin ucuzlaşmasına səbəb olub

Dünya bazarlarında neftin qiyməti xeyli düşüb. İnvestorlar COVID-19-a yoluxma sayının artması fonunda Asiyada neftə tələbin azala biləcəyini güman edirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,78% ucuzlaşaraq, 1 bareli 110,67 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 2,3% aşağı düşərək, 1 bareli 106,8 ABŞ dolları təşkil edib.

Ekspertlər koronavirusa yoluxma sayının artması fonunda Şençen şəhərinin təcrid olunmasının “qara qızıl”a olan tələbə zərbə endirəcəyindən ehtiyat edirlər.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31