2023-cü ildə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 471 milyon ABŞ dolları və yaxud 800,7 milyon manat məbləğində bonus ödənişləri daxil olub.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
Sənədə əsasən, bu gəlir maddəsi üzrə büdcə proqnozuna 100 % əməl edilib.
Bonus ödənişləri Fondun ümumi büdcə gəlirlərinin 3,7 %-ini təşkil etməklə 2022-ci illə müqayisədə 4,2 % çox olub.