2022-ci ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 62,1 % təşkil edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilin yekunu ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.
Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 19 %-dən 19,6 %-ə çatdırıb.
Son 1 ildə Fondun investisiyalarında qızılın payı 13,1 %-dən 12,1 %-ə düşüb, daşınmaz əmlakın payı isə 6,1 %-dən 6,2 %-ə qalxıb.
Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.