Aleksandr Lukaşenko: "Belarusda Azərbaycanın neft-kimya məhsullarına böyük maraq var"

Bakı. 29 noyabr. REPORT.AZ/ Belarus Azərbaycanın neft-kimya məhsullarına böyük maraq duyur.

"Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Biz neft-kimya sahəsi barədə bu gün çox danışdıq. Bu, yeni istiqamətdir. Siz çoxlu neft-kimya müəssisəsi tikirsiniz. Bizdə bu müəssisələrin məhsullarına böyük maraq var. Çünki bizdə müvafiq zavodlar, kombinatlar var, bu gün onları modernləşdiririk. Mən çox istərdim ki, xammal alışını şaxələndirərkən biz Azərbaycandan olan dostlarımızla işləyək", - deyə prezidenti bildirib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31