ADB Azərbaycana 750 mln. dollar kredit ayıracaq

Bakı. 5 may. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb. 

"Report" xəbər verir ki, müqaviləni ADB tərəfindən vitse-prezident Vensay Zanq (Wencai Zhang), Azərbaycan tərəfindən isə maliyyə naziri Samir Şərifov və "Azərişıq" ASC-nin sədri Baba Rzayev imzalayıblar.

Müqaviləyə görə, ADB Azərbaycana 750 mln. dollar həcmində kredit ayıracaq. Qalan 250 mln. dolları isə ölkə hökuməti maliyyələşdirəcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31