AÇG layihəsindən ARDNF-ə 123,7 mlrd. dollar daxil olub

Bakı.3 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 1,62 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.

Bu barədə "Report"a Fonddan bildirilib.

Məlumatda deyilir ki, adı çəkilən layihə üzrə 2001-ci ildən bu il aprelin 1-nə qədər ARDNF-ə daxilolmaların həcmi isə 123,729 mlrd. dollar təşkil edib. 

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00