Bakı. 10 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta” və Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şurabad” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına da təsir göstərməsi mümkündür.