ABŞ və Azərbaycan rəsmiləri ölkəmizin enerji təhlükəsizliyində rolunu müzakirə edib

ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara energetika naziri Pərviz Şahbazovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə səfirliyin "Tviter" hesabında bildirilir.

Məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq, o cümlədən, ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun uğuru, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu müzakirə edilib.

Digər xəbərlər