ABŞ strateji neft ehtiyatlarının 11 mln. barelini satışa çıxarır

Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ-ın Energetika Nazirliyi ölkənin strateji neft ehtiyatlarının 11 mln. barelinin satışa çıxarılması barədə qərarı təsdiqləyib. 

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, satışın oktyabrın 1-dən noyabrın 30-na qədər həyata keçirilməsi nəzərdə tutulub.

Nazirlik bəyan edib ki, əgər İrana qarşı sanksiyalara görə neft bazarında təklif kəskin azalsa, ABŞ daha 30 mln. barrel nefti satışa çıxara bilər. 

Digər xəbərlər