ABŞ-da neft hasilatının həcmi azalıb

ABŞ-da aprelin 4-dən 10-dək olan müddətdə gündəlik neft hasilatının həcmi azalıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 100 min barel azalaraq 12,3 milyon barel təşkil edib. 

Fevralın əvvəlindən bəri ABŞ-da gündəlik hasilat 13 milyon barel və ya daha yüksək səviyyədə olub.

Bir həftə əvvəl ölkədə neft hasilatı gündəlik 12,6 milyon barelə düşmüşdü.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 13 dekabr, 2025 / 10:39