Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı artaraq 808 ədəd olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.
Martın 31-dən aprelin 6-dək olan müddətdə 11 ədəd yeni quyu istismara daxil olub.
Bununla da ölkədəki aktiv neft quyularının sayı son 11 həftədə doqquzuncu dəfə artıb.