2021-ci ildə Azərbaycan metanol istehsalını 21 %-dək azaldıb

2021-ci il ərzində Azərbaycanda 378,2 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,6 % azdır.

Bu ilin yanvarın 1-nə 11,8 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Digər xəbərlər

Azərbaycan nefti 2 % ucuzlaşıb 17 dekabr, 2025 / 09:29