Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur

Gələn ildən Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu olimpiada kimya və ya təbiət elmləri üzrə keçirilə bilər.

Nazir əlavə edib ki, olimpiadaya Azərbaycan və region ölkələrindən gənclərin cəlb olunması nəzərdə tutulur.

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50