Yaz sessiyasında kredit almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Ali məktəblərdə tədrisin yaz sessiyası dövründə təhsil tələbə krediti almaq istəyən tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, kredit almaq üçün ümumilikdə 4 918 nəfər müraciət edib.

Mayın 31-i, müraciətin son günündə isə təhsil tələbə krediti almaq üçün 89 nəfər müraciət edib.

Digər xəbərlər