Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası qaydaları ilə bağlı əsas məqamlar açıqlanıb.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, xarici ali təhsil ixtisasının ölkədə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət və Təminatı Agentliyinə müraciət edilməlidir.
Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçirilir. İnternet səhifəsində “Nostrifikasiya – Tələb olunan sənədlər” bölməsində müvafiq sənədlərin siyahısı və yüklənmə qaydası barədə məlumat verilir.
Proses zamanı rast gəlinən hər hansı problemlə bağlı şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilməklə, esupport@tkta.edu.az ünvanına müraciət etmək olar.
Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün 31 may tarixinədək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanarı vasitəsilə cavablandırılacaq.
Vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar" bölmələri ilə tanış olması tövsiyə olunur.