Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Səfirlər Məclisinə qeydiyyat müddəti uzadılıb.
Dövlət Komitəsindən "Report"a bildirilib ki, qeydiyyatın vaxtı 15 fevral 2020-ci ilədək artırılıb.
Qeyd olunub ki, Məclisə yaşı 14-18 arasında olan uşaqlar müraciət edə bilərlər. Məclis uşaqların liderlik bacarıqlarının, sosial fəallığının artırılmasına imkan yaradacaq və Məclisə 15 nəfər seçiləcək.
Qeyd edək ki, Uşaq Səfirlər Məclisi 2020-ci ilin “Könüllülər ili” olması prosesinə uşaqların da töhfə verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədi ilə yaradılıb.