Ufada Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının forumu keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Başqırdıstanın paytaxtı Ufada Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının forumu keçiriləcək.

"Report" Başqırdıstan KİV-inə istinadən xəbər verir ki, tədbir bu il mayın 17-19-da baş tutacaq.

Forumda iki ölkə universitetlərinin nümayəndələri əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

İndi tədbirə hazırlıq və gündəliyin tərtib olunması prosesi gedir.

Digər xəbərlər