Təhsildə Keyfiyyət Təminatı Agentliyi builki hədəflərini açıqlayıb

Bu il 11 proqram akkreditasiyası qiymətləndiriləcək.

"Report" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, artıq sahə baxışı həyata keçirilib: "Yekun hesabatlar hazırlanma mərhələsindədir".

Agentlik sədri bildirib ki, bu il peşə təhsili müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi və 5 peşə təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi nəzərdə tutulub: "Azad olunan ərazilərdə 15 yeni peşə ixtisası üzrə vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması planlaşdırılıb".

Digər xəbərlər