Təhsil Nazirliyi müsabiqə elan edib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi Milli Konservatoriyada boş qalan ştatlar üçün müsaqibə keçirir.

“Report”un xəbərinə görə, Milli Konservatoriyanın Muğam (xanəndə) kafedrası üzrə 1 və Musiqinin tarixi və nəzəriyyəsi kafedrası üzrə 1, İctimai elmlər kafedrası üzrə də 1 baş müəllim ştatı boşdur.

Bundan başqa, konservatoriyanın Xalq çalğı alətləri üzrə professor və dosent ştatlarında vakansiya var. Buna görə də nazirlik boş qalan yerlər üçün müsabiqə keçirir.

Digər xəbərlər