Təhsil naziri: “Verilmiş qərarlarda əsas məqsəd şagirdlərin sağlamlığıdır”

"Sutkalıq 2 500 civarında yoluxmalar fonunda hansısa qərar verilməli idi. Bu qərarlar verilərkən əsasən qısa, orta və uzun müddətli hədəflər və məqsədlər nəzərə alınıb".

"Report"un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, istənilən zaman Təhsil Nazirliyinin və məktəb rəhbərlərinin məqsədi şagirdlərin davamlı öyrənməsini təmin etməkdir:

“Amma verilmiş qərarlarda əsas məqsəd şagirdlərin sağlamlığıdır”.

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50