"Həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirə bilməyən gənclər var.
"Report" xəbər verir ki, bunu Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, nitq mədəniyyəti hazırda orta təhsil bazasında belə yoxdur:
"Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik. Efir dili ilə sosial media dili arasında sərhədlər itib. Sosial media dili efir dilini kölgədə qoymaqdadır. Dili qorumaq məktəbdən başlamalıdır. Uşaqlar məktəbdə yazmağı öyrəndiyi kimi, danışmağı da öyrənməlidir. Bu gün gənclırin çoxu mütaliəsiz, dilimiz haqda bilgisizdir. Təsəvvür edin, "həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirə bilməyən gənclər görmüşəm. Azərbaycan yeganə ölkədir ki, ana dilimizin içərisinə yad sözlər qatanda daha savadlı göründüyümüzü düşünürük. Efir dili həm də mədəniyyət və düşüncə sistemimizi formalaşdırır. Efirdəki dil pozuntuları həm də düşüncə sistemimizdəki xətadlr".