Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova Azərbaycana səfər edəcək. Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
Rusiya Səhiyyə nazirinin sentyabrın 14-15-də Bakıya səfər edəcəyi gözlənilir. V.Skvortsovanın səfərinin məqsədi Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) filialının açılışında iştirak etməkdir.