Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə sinif çatışmazlığı kimi bir problem yoxdur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, məktəbdə II növbə dərsə gələn bəzi siniflərin sinif otaqları dəyişdirilib: "Məktəbdə sinif çatışmazlığı kimi bir problem yoxdur. Hazırda bütün siniflər məktəbdə dərslərinə davam edir".
Xatırladaq ki, sosial şəbəkədə Xırdalan şəhər 1 saylı orta məktəbin 5E sinfinin dərs keçmək üçün otaq tapmadığı iddia olunub.