Azərbaycanda ən dərin zəlzələlər Xəzər dənizində baş verir.
“Report” xəbər verir ki, bu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, həmin zəlzələlərin dərinliyi 60-70 km arasında olur.
Q.Yetirmişli qeyd edib ki, ilin əvvəlindən bu günə kimi ölkə ərazisində təxminən 3 minə yaxın zəlzələ baş verib.