Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər. Report-un xəbərinə görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.