Ötən ay keçirilən dissertasiya müdafiələrinin sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından “Report”a verilən məlumata görə, may ayında ümumilikdə 73 elmi iş müdafiə edilib.
Həmin işlərdən 38-i elmi, 35-i ali təhsil müəssisələrində müdafiə edilib.
Həmçinin 63 nəfər fəlsəfə doktoru, 10-u isə elmlər doktoru olmaq üçün dissetasiyadan keçib.