Bakı. 28 sentyabr. REPORT.AZ/ Maliyyə Nazirliyi AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda yoxlamalara başlayıb. Bu barədə "Report"a Dilçilik İstitutunun elmi katibi Aynel Məşədiyeva məlumat verib.
O bu gün Maliyyə Nazirliyinin müvafiq komissiyasının İnstituta gəldiyini bildirib: "İnstitutun direktoru Tofiq Hacıyev komissiya üzvlərini özü qarşıladı".