Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri kollektivə təqdim edilib

Yeni yaradılan Regional Təhsil İdərələrinin müdirləri ictimaiyyətə təqdim edilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, təhsil nazirinin müavini İdris İsayev Lənkəran Şəhər 2 saylı tam orta məktəbində təhsil işçiləri ilə görüşündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfovu kollektivə təqdim edib.

Nazirlik rəsmisi regional İdarələrin təhsil siyasətinin vahid mərkəzdən idarə edilməsi və təhsil müəssisələrinə çatdırılması məqsədi ilə yaradıldığını qeyd edib:

"Regional Təhsil idarələri Təhsil Nazirliyi ilə təhsil müəssisələri arasında körpü rolunu həyata keçirəcək. Bu baxımdan onların üzərinə mühüm vəzifələr qoyulub. Təhsil standartlarına nəzarət, vətəndaşların təhsil hüquqlarının qorunması, eləcə də qız uşaqlarının təhsil prosesindən kənar qalma hallarının qarşısının alınması, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha effektli təhsil şəraitinin yaradılması da yeni yaradılan Regional idarələrin üzərinə vəzifə kimi qoyulub”.

Digər xəbərlər