İsveçrənin Cenevrə Universiteti Avropa və Beynəlxalq İdarəçilik Elmləri üzrə 2020-2021-ci tədris ili üçün magistratura təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, təqaüdün müddəti 10 aydır.
Təqaüd proqramında iştirak etmək istəyənlər dekabrın 25-dək müraciət edə bilərlər.
Təqaüd proqramı, tələb olunan sənədlər haqqında ətraflı məlumat və müraciət formasını əldə etmək üçün müvafiq keçiddən - http://www.meig.ch/admission/full-programme/ istifadə etmək mümkündür.