I qrupda 200-dən çox bal toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var

I ixtisas qrupunda dövlət sifarişli yerlərin sayı 10 mindən yuxarıdır.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu qrupda 200 baldan çox toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var:

“Əgər onlar düzgün ixtisaslar seçsələr, qəbul olacaqlar”.

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50