Bakı. 30 dekabr. REPORT.AZ/ Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Bilik qiymətləndirilir” gənclərarası bilik olimpiadası keçirilib. "Report" xəbər verir ki, layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılması olub. Elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin etmək müəyyən olunub. Əvvəlcə olimpiadada iştirak edəcək komandaların qeydiyyatı aparılıb. Sonra layihə rəhbəri Tahir Kərimli layihə haqqında iştirakçılara qısa məlumat verib. Turqut Şabanoğlu isə olimpiadanın formatından söz açıb. Layihənin açılış mərasimində iştirak edən qonaqlar – Azərbaycan Dövlət Aqrar Universitetinin rektor köməkçisi Turan Məmmədzadə, Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nümayəndəsi, Gəncə Dövlət Universitetinin müəllimi Ümid İsmayılov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd ediblər. Olimpiadada əvvəlcə komandalar arasında seçim turu olub. Sonra isə final mərhələsi keçirilib. Olimpiadada Azərbaycan Texnologiya Universitetinin “Genius” komandası qalib gəlib. Olimpiadanın qalibləri kubok, sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Layihədə iştirak edən hər bir gəncə sertifikat verilib.
Gəncədə gənclərarası bilik olimpiadası keçirilib
Digər xəbərlər
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir
14 oktyabr, 2026 / 10:26
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13 oktyabr, 2026 / 19:46
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
13 oktyabr, 2026 / 11:37
Naxçıvanda PeşəFest-2026 festivalı keçirilir
13 oktyabr, 2026 / 11:31
Dövlət qulluqçusu olmaq istəyən 1552 nəfər imtahan verəcək
13 oktyabr, 2026 / 11:30
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
13 oktyabr, 2026 / 10:23
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
12 oktyabr, 2026 / 20:54
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
12 oktyabr, 2026 / 20:54
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub
12 oktyabr, 2026 / 16:02
Zaur İbrahimli: Azərbaycanın dünyəvi dövlət modeli və təhsil sistemi hədəfə alınıb
12 oktyabr, 2026 / 15:47
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib
12 oktyabr, 2026 / 15:12
Məktəb təhsil almaq üçün ocaqdır, bir-birindən fərqlənmək məkanı deyil - RƏY
12 oktyabr, 2026 / 14:11