Gələn il 12400 uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Bu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər