​"Folklor və dövlətçilik” mövzusunda konfrans keçiriləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təşkilatçılığı ilə dekabrın 7-də “Folklor və dövlətçilik” mövzusunda birinci elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, konfrans “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi” layihəsi çərçivəsində həyata keçiriləcək.

Konfransın məqsədi türk dövlət etiketləri, mərasim və bayramlarının etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında tədqiqi məsələlərinin müzakirəsidir.

Digər xəbərlər