“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin davamlı olacağını hesab edir.
O, “Report”un sosial şəbəkələrdə beşinci mövsümun sonuncu olacağı ilə bağlı yayılan iddialarla əlaqədar sualını cavablandırarkən deyib ki, müsabiqənin hər yeni mövsümü Prezident İlham Əliyevin Sərəncamı ilə həyata keçirilir:
"Bu mənada, sosial şəbəkələrdə V mövsümün sonuncu olacağı ilə bağlı yayılan iddiaları cavablandırmaq bizim səlahiyyətimizdə deyil. Hər il keçirilən mövsümləri ictimaiyyət böyük maraqla qarşılayır: Ona görə də müsabiqənin davamlı olacağını hesab edirik".